Vaginizmin müalicəsi

Hera Klinikasındakı vaginizm müalicəsi tamamilə elmi vaginizm müalicə metodlarından ibarətdir. Cinsi müalicədən sonra xəstələrimizdə müşahidə edilən yaxşılaşma da ömür boyu davam edir.
Vaginizm problemi olan, partnyoru ilə və ya təkbaşına klinikamıza görüş alaraq gələn xəstələrin ilk növbədə şikayətləri dinlənilir, daha sonra vaginizm problemi dərəcələndirilir və vəziyyətləri ilə bağlı xəstələr məlumatlandırılır.

Vaginizm nədir?

Vaginizm (vaginismus, vajinismus) son illərdə artıq qəti olaraq müalicə olunur !.. Həm də vaginizmin müalicə müddəti əvvəllər olduğu kimi aylarla-illərlə deyil, yalnız bir neçə gün içində başa çatır.
Qadında cini əlaqənin olduğu anatomik nahiyəyə “vagina” deyilir. Vaginizm isə cinsi əlaqə zamanı qadının vagina əzələlərini (xüsusilə də “Pubococcygeus (PC) əzələlərini”) qeyri-iradi olaraq yığması nəticəsində cinsi əlaqənin olmaması və ya çox çətin olması halıdır.

Vaginizmin əlamətləri

Vaginizm xəstələrinin çoxu aylar və ya illərcə davam edən evliliklərinə baxmayaraq hələ də bakirədir. Çox vaxt cinsi əlaqədə ağrı olmasından çox “sanki ağrı olacaq” kimi bir hiss olur.
Cinsi əlaqə anı (penetrasiya) gəldiyində qadınlar “yırtılacaq, çox ağrı hiss edəcək, çox qan axacaq, hətta öləcək” kimi hisslər keçirərək özlərini qoruma instinkti ilə qeyri-ixtiyari (refleks) olaraq sıxılırlar.

Vaginizmin səbəbləri

Vaginizmin səbəbləri 90% ehtimalla psixoloji təlaşla bağlıdır. 10% isə orqanik (yəni quruluşla bağlı) səbəblər rol oynayır.
Orqanik (quruluşla bağlı) vaginizm səbəblərinə daha çox qızlıq pərdəsinin qalın və ya yüksək kənarlı olması, qızlıq pərdəsinin digər anormallıqları (ara bölməli və ya ələk şəklində qızlıq pərdəsi quruluşu), vagina içindəki ara bölmələr, bartolin absesi, vulvar vestibulit sindromu, PID və vaginitlər daxildir.

Vaginizmin növləri hansılardır?

İlkin vaginizm: Bir dəfə belə olsa cinsi əlaqənin olmamasıdır.
İkinci vaginizm: Əvvəllər sağlam şəkildə əlaqə baş versə də, keçirilmiş hər hansı cinsi travma nəticəsində (uğursuz doğuş, uşaq salma, abort, kobud şəkildə yerinə yetirilmiş ginekoloji müayinə, sataşma və ya təcavüzə məruz qalma kimi) yaranan vaginizm halıdır.

Vaginizm müalicəsi üçün təklif edilməyən üsullar

Anesteziya altında (yatırılaraq) cinsi əlaqə.
Təəssüf ki, bəzi anesteziya həkimləri tərəfindən də tövsiyə edilən evdə və ya həkim kabinetində anesteziya alaraq cinsi əlaqəyə girmək problemi həll etmir, hətta cütlüyü cinsəllikdən daha da soyudaraq problemin böyüməsinə təkan verir.

Ağrılı cinsi birləşmənin qəti müalicəsi

Ağrılı cinsi birləşmə (disparöni) cinsi problemlər üzrə təcrübəli ginekoloq həkimlər tərəfindən 100% müalicə olunur. Bu məsələdə ən mühüm vasitə müalicə edən həkimin cinsi problemlər üzrə bilik və təcrübəsidir.
Disparuni müalicəsində ilk addım cinsi əlaqədə ağrını yaradan səbəbin sadə ginekoloji müayinə ilə müəyyən edilməsidir.

Vaginizm xəstələrinin partnyorları nə hiss edir?

Vaginizm problemi olan partnyorlar da çarəsizlik hiss edirlər. Həyat yoldaşlarını çox sevmələrinə və hər zaman onlarla yaxşı vaxt keçirmələrinə baxmayaraq, həll edə bilmədikləri bu cinsi problemləri isə tədricən böyüyür. Daha sonra bu vəziyyət sadəcə bir cinsi problem olmaqdan çıxıb bir “evlilik probleminə” çevrilir.

Vaginizm riski altında olan şəxslər kimlərdir?

Xüsusilə uşaq kimi olan, ailəyə bağlı və psixoloji cəhətdən formalaşması sağlam şəkildə tamamlanmamış gənc qızlar risk qrupundadır. Bu qrupda xüsusilə yüksək ictimai-iqtisadi səviyyəyə malik qadınlarda vaginizm probleminin üzə çıxma ehtimalı artır. (Məsələn, Hera Klinikasında müalicə alan vaginizm xəstələrimizin təqribən 85%-i ən azı orta təhsillidir.)