Ağrılı cinsi birləşmə (disparöni) cinsi problemlər üzrə təcrübəli ginekoloq həkimlər tərəfindən 100% müalicə olunur. Bu məsələdə ən mühüm vasitə müalicə edən həkimin cinsi problemlər üzrə bilik və təcrübəsidir.

Disparuni müalicəsində ilk addım cinsi əlaqədə ağrını yaradan səbəbin sadə ginekoloji müayinə ilə müəyyən edilməsidir.

Təəssüf ki doğru diaqnoz qoyulmayan xəstələr illər boyu cinsi əlaqədə problemlər yaşamağa davam edirlər. Hətta əslində ağrı hiss etməsinin orqanik səbəbləri olan bir çox xəstə gərəksiz yerə psixoterapiyalar alır, maddi-mənəvi zərər görürlər.

Cinsi əlaqədə ağrının müalicəsi
Cinsi əlaqədə ağrı problemi olan qadınlarda müalicə problemi yaradan səbəbə bağlıdır.

Vaginal axıntı və vaginit səbəbi ilə cinsi əlaqədə yanma və ya ağrı olduqda, infeksiyanın müalicəsi üçün antibiotik və vaginal dərmanlar verilir.

Endometrioz, over kista, mioma, abse kimi səbəblərdən problemi olan xəstələrdə ümumi anesteziya altında cərrahi əməliyyatlar yerinə yetirilir.

Qızlıq pərdəsi, vaginal pərdə, bartholin absesi və ya vestibulit sindromuna bağlı cinsi ağrı problemlərində yerli anesteziya altında (bölgənin keyləşdirilməsi yolu ilə) sadə cərrahi müdaxilələr tətbiq olunur.
Vaginal quruluqda verilən vaginal lubrikanlar (vagina içinə şam, krem, gel, sprey şəklində dərmanlar) olduqca işə yarayır. Sürüşkənliyi təmin edən bu cür maddələr (vaginal lubrikantlar) vagina pH-ına uyğun və su əsaslı olmalıdır.

Menopauza dövründə verilən yerli estrogen (estriol) tərkibli preparatlar da qana keçmədiyi üçün zərərsizdir. Estrogenin vagina ve uşaqlıq yolunun toxumasına yeniləmə təsiri cinsi əlaqədə olduqca rahatlatır.

Vaginizmlə bağlı (psixoloji) cinsi ağrı problemləri cinsi terapiyalar ilə müalicə olunur.

Ağrılı cinsi əlaqənin müalicəsində cərrahi yolları
Vulvar vestibulit sindromu olaraq bilinən və ginekoloqa bir qayda olaraq evlilik həyatlarının ilk dövründə disraponi şikayəti ilə müraciət edən qadınlarda ən təsirli müalicə metodlarına cərrahi yollar daxildir.

Vulvar vestibulit diaqnozunun qoyulması üçün bi sıra sınaqlarla ağrıya həssas bölgələr müəyyən olunur.

Dəqiq vestibulit sindromu diaqnozu qoyulan xəstələr Hera Klinikasında sadəcə 15 dəqiqədə, asan və ağrısız bir şəkildə, yerli anestesiya ilə (bölgə keyləşdirilərək) vaginal giriş toxumasının qismən çıxartılması və vagina girişinin bir qədər genişləndirilməsi yolu ilə müalicə olunurlar.

Yenə eyni şəkildə normal doğumdan sonra qoyulan və yaxşı sağalmayan tikişlər estetik olaraq gözəl görüntüyə malik olmaya bilər, hətta cinsi birləşmə (penetrasiya) zamanı ağrı hissinə səbəb ola bilər. Belə halda da vaginal estetik əməliyyatları uğurla həyata keçirilir.

Eyni şəkildə, əvvəllər yerinə yetirilmiş vagina daraltma, vaginal histerektomi kimi əməliyyatlarla bağlı yaranan cinsi əlaqədə ağrı problemləri də klinikamızda aradan qaldırılır.

Bəzi hallarda qızlıq pərdəsinin normaldan qalın, sərt və yüksək kənarlı olması, anatomik quruluşunda problemlər də cinsi əlaqədə girə bilməmə və ya cinsi əlaqədə ağrıya səbəb olur. Belə halda qızlıq pərdəsinin əməliyyatla çıxartılması (hymenektomi əməliyyatları) tətbiq olunur.

Vaginizmlə əlaqəli Web səhifələrimiz:
www.VajinismusMerkezi.com
www.vajinismus.us
www.eserdag.com/vajinusmus.htm
www.Vaginismus-Center.com (İngilizcə Web səhifəmiz)
For Arabic Language Click Here (Ərəbcə Web səhifəmiz)