Vaginizm

Vaginizm cinsi əlaqə əsnasında vagina (uşaqlıq yolu) əzələlərinin idarə xarici sıxılması və cinsi əlaqəyə girə bilməmə problemidir. Vaginizm xəstəliyi Azərbaycanda da çox tez rast gəlinir. … Davamı Oxuyun ›

VAGİNİZMİN MÜALİCƏSİ NƏTİCƏNİ HERA KLİNİKA İLƏ ƏLDƏ EDİN

2006-cı ildə Türkiyədə 1500 qadının iştirakı ilə aparılmış bir çalışmada əldə edilmiş nəticələrə görə ölkəmizdə vaginizmə rast gəlmə tezliyi 10%-dir. Yəni cəmiyyətimizdə hər 10 qadından birinin partnyoru ilə cinsi əlaqədə problemi vardır; partnyoru ilə cinsi əlaqəyə ya heç girmir və ya əlaqə zamanı ağrı, əziyyət, sıxılma hiss edir.

DİSPARONİ NÖVLƏRİ

İlk əlaqədən başlayaraq cinsi ağrı şikayəti olanlarla bərabər, illər sonra cinsi əlaqəsi ağrılı olmağa başlayan qadınlar da vardır.
İlk cini əlaqədən etibarən cinsi birləşmədə ağrı kimi mənfi şikayətlərin olması “Primer (ilkin) disparoni”, daha əvvəl belə bir şikayəti olmadığı halda bu problemin daha sonradan ortaya çıxması “Sekonder (ikinci dərəcəli) disparoni” adlanır.

Hipnoz müalicəsi və hipnoterapiya

Hipnoz insanın bir professionalın yardımı ilə duyğu, düşüncə və qavramalarını yenidən haşiyələyərək davranışlarını dəyişdirdiyi bir prosesdir.
Mənşəyinə görə hipnoz yuxu deyildir; əksinə qadının bədəni və ruhu üzərində nə dərəcədə gücünün olduğunu kəşf etməsidir.
Hipnoterapiya zamanı şüur itirilmir, əksinə şüur daha çox açılır və hipnozdan çıxmamaq kimi hal da mümkün deyildir.

Vaginizmin müalicəsində cərrahi vasitələr də tətbiq olunur?

Bəli. Qızlıq pərdəsinin normaldan qalın, yüksək kənarlı, sərt olması (rigid hymen) hallarında cinsi əlaqə alınmaya bilər. Bu zaman qızlıq pərdəsi həkim kabinetində 10-15 dəqiqə davam edən sadə müdaxilə ilə kəsilib çıxarılır. Qızlıq pərdəsinin əməliyyatla çıxartılmasına “himenektomi (hymenectomy) əməliyyatı” deyilir.

Vaginizmin müalicəsinə başlamaq üçün ilk addım və verilən suallar

Şəxsi təcrübələrimizə görə, vaginizm ictimai-mədəni səviyyəsi yüksək, daha çox oxuyan və ya universitet məzunu cütlüklərdə daha çox müşahidə edilir. Hətta bu problemə yalnız ölkəmizdə deyil, xarici ölkələrdə də tez-tez rast gəlinir. Klinikamıza müraciət edən xəstələrimiz arasında 35 ildir evli olub “aseksüel” olaraq evliliklərini davam etdirən və daha sonra xüsusilə uşaq istəmələri nəticəsində klinikamıza müalicə üçün gələn cütlüklər vardır.

Vaginizm xəstələri nə hiss edir?

Vaginizm xəstələri ən yaxınlarına belə demədikləri bu məhrəm məsələlərdə özlərini tam çarəsiz, talesiz hiss edirlər. Bu işin öhdəsindən gələ bilməmək də bir tərəfdən ümudsizlik yaradır. Psixologiyaları pozulur, gizli depressiya yaranır.
İş yerində belə diqqətlərini tam olaraq toplaya bilmir, diqqətlərini işə verə bilmirlər. Durmadan bu problemi düşünürlər, vaginizm problemi daim enerjilərini tükəndirir. Çox vaxt işdə belə gərgindirlər.

AĞRILI CİNSİ ƏLAQƏ (Disparoni)

Ağrılı cinsi əlaqə cinsi əlaqədə birləşmə anı gəldiyində vagina girişində və ya daha dərinlərdə qasıq bölgəsində ağrı, yanma, batma kimi qeyri-iradi mənfi halın hiss edilməsidir.
Cinsi birləşmə zamanı ağrı hiss edilməsinə “Disparoni (dyspareunia, disparöni), ağrılı birləşmə, ağrılı cinsi penetrasiya” deyilir.
Cinsi birləşməyə (penisin vagina içinə girməsi) “penetrasiya” deyildiyindən, disparöni “ağrılı penetrasiya” və ya “ağrılı cinsi penetrasiya” olaraq da bilinir.