İlk əlaqədən başlayaraq cinsi ağrı şikayəti olanlarla bərabər, illər sonra cinsi əlaqəsi ağrılı olmağa başlayan qadınlar da vardır.

İlk cini əlaqədən etibarən cinsi birləşmədə ağrı kimi mənfi şikayətlərin olması “Primer (ilkin) disparoni“, daha əvvəl belə bir şikayəti olmadığı halda bu problemin daha sonradan ortaya çıxması “Sekonder (ikinci dərəcəli) disparoni” adlanır.

Diparöni diaqnozunda cinsi əlaqə zamanı ağrının yarandığı yer də mühümdür.

Cinsi penetrasiya zamanı vaginanın girişində və ya vaginanın içində hiss edilən ağrıma halları “səthi disparoni“,  əlaqədə qasıq bölgəsində hiss edilən ağrılar isə “dərin disparoni” adlanır.

Səthi disparoni
Cinsi əlaqədə ağrının penisin vaginaya girişi zamanı və ya vagina içərisində hiss edilməsidir. Səthi disparuni səbəbləri:

Vulvar Vestibulit Sindrom (Vulvar Vestibulitis)
Vagina girişində ağrı, yanma, batma, ağrı ilə özünü göstərən və qadınlarda ağrılı cinsi birləşmə (disparöni), vaginizm kimi problemlərə yol açan haldır.

Vulvar vestibulit sindromun dəqiq səbəbi bilinməməklə bərabər tək müalicə yolu vaginal girişdəki ağrılı toxuma hissəsinin sadə bir cərrahi əməliyyatla çıxartılmasıdır. (Parsiyel vestibulektomi əməliyyatı)

Vulvar vestibulitis müalicə olunmadığı təqdirdə qadınlarda gələcəkdə anorqazmiya (orqazm olmama), cinsi istəksizlik (cinsi soyuqluq) kimi problemlərə yol açır.

Vagina və ya uşaqlıq yolunun infeksiyaları (Vaginit və vulvitlər)
Vaginitlər bir qayda olaraq vaginal axıntı və qaşınma (pruritis) şikayəti ilə özünü göstərir.
Vaginal göbələk infeksiyaları, vaginal trixomonoz infeksiyaları və Gardnerellaya bağlı yaranan bakterial vaginosis infeksiyaları qadınlarda cinsi əlaqədə ağrı şikayətlərinə yol açır.
Vulvitlər isə adətən xarici cinsiyyət orqanlarında yanma, qaşınma və ya səpgili yaralar ilə xarakterizə olunur.

Yaxşı sağalmayan doğum tikişləri
Normal doğum tikişlərinin yaxşı sağalmaması da qadınlarda cinsi əlaqə zamanı ağrı hissinə səbəb ola bilər.

Vagina əməliyyatları
Vagina daraltma əməliyyatları, vaginal yolla uşaqlığın alınması əməliyyatları (vaginal histerektomi) da uyğun şəkildə sağalmadığı təqdirdə qadınlarda ağrılı penetrasiya (ağrılı cinsi əlaqə) səbəbidir.

Vagina girişinin anadangəlmə darlığı
Nadir rastlanan və anadangəlmə olan bu anomaliyalar arasında ən çox müşahidə edilən “Rokitanski Mayer Küstner Hauser Sindromu”dur. Bu sindromda vagina qısa və bütöv olaraq bitir.

Menopauza
Menopauzayla bağlı vaginal quruluq ve atrofiya (toxumanın kiçilməsi) qadınlarda ağrılı cinsi əlaqənin əsas səbəbləri arasındadır. Menopauza və cinsi həyat aşağıda daha ətraflı nəzərdən keçirilir.

Qızlıq pərdəsiylə bağlı anormallıqlar
Qızlıq pərdəsinin normadan qalın olması (rigid hymen). Bundan əlavə qızlıq pərdəsinin cinsi əlaqəyə əngəl olacaq şəkildə yüksək kənarlı və kiçik dəlikli olması. Bu cür qızlıq pərdəsi (hymen) çeşidlərinə yarımay qızlıq pərdəsi (cressent hymen), cribriform hymen daxildir.

Vaginal sürüşmənin azlığı
Vaginanın sürüşməsini təmin edən ifrazatların az olması kimi hallar səthi disparoniyə səbəb ola bilər. Vaginal sürüşmənin azlığına “vaginal quruluq” deyilir.

Qanda süd hormonunun çoxluğu (hiperprolaktinemi) da qadınlarda estrogen hormonunu azaldarak vaginal quruluq və cinsi əlaqədə yanma kimi problemlərə yol aça bilər.

Vaginal quruluq problemi olan xəstələrin müalicəsində istifadə olunan bəzi sürüşkənlik kremi, gel və ya şamlar “vaginal lubrikant” olaraq bilinir.  Cinsi əlaqəni asanlaşdıran, həzzi artıran vaginal lubrikantlar ölkəmizdə də sağlamlıq marketlərində vardır. Menopauza dövrü ilə bağlı vaginal quruluq hallarında yerli təsirə malik hormonlu dərmanlar istifadə oluna bilər.

Dərin disparoni
Vaginaya penisin tam olaraq girdikdən sonra alt qasıq bölgəsi və ya qarında ağrı hissinin olmasıdır.

Endometrioz
Endometrioz qarın boşluğunda yapışmalar ilə özünün göstərən immunoloji bir xəstəlikdir.

Daxili cinsiyyət orqanlarında patologiyalar
Uşaqlıq, yumurtalıq, borular və ya alt qarın bölgəsi ilə bağlı xəstəliklər dərin disparoniyə səbəb ola bilər. Nümunə olaraq uterin miomalar, yumurtalıq (over) kistaları, tuboovaryen abseleri göstərmək olar.

Keçirilmiş qarın boşluğu əməliyyatları
Appendisit, qeysər kəsiyi, mioma əməliyyatları kimi bir sıra qarın boşluğu əməliyyatlarından sonra qadınlarda davamlı qasıq ağrısı və ya cinsi əlaqə zamanı dərində (qasıq və ya qarında) ağrı şikayəti yarana bilər.

Bu iki ağrı növü də sadə ginekoloji müayinədə ayrılır.

Menopauza və cinsi əlaqə problemləri
Menopauzadakı qadınlarda vagina toxumasının sağlamlığını və sürüşkənliyini təmin edən estrogen hormonu çatışmamazlığı səbəbindən disparoni şikayəti yaranır. Bu problem menopauza hormon müalicəsi ilə asanlıqla həll olunur. Çünki menopauza sonrasındakı qadınlara estrogen verilməsi vagina və klitordakı qan axınını artırır.

Yaşlanma və menopauza nəticəsində ən çox müşahidə olunan cinsi şikayətlər istəksizlik, ağrılı cinsi əlaqə, cinsi cavabın azalması, orqazma çatmada çətinlik anorqazmiya (orqazm olmama) və cinsiyyət orqanlarının həssaslığının azalmasıdır. İslanmanın azalması ve həssaslığın pozulması estrogen səviyyəsinin düşməsi ilə əlaqədardır.

Testosteron səviyyəsinin aşağı olması cinsi həvəsləndirmə, cinsiyyət orqanlarında həssaslıq, libido və orqazmdakı azalma ilə birlikdədir.

Psixoloji cinsi ağrı problemləri: Vaginizmlə bağlı disparoni
Vaginizm psixoloji disparoninin en əsas səbəbləri arasındadır və özünü cinsi əlaqədə ağrı, yığılma kimi şikayətlərlə göstərir. Cinsi əlaqədə qeyri-iradi yığılmalar disparoniyə səbəb olur.

Hər hansı ginekoloji səbəb müəyyən olunmamış xəstələrdə psixoloji səbəblər araşdırılmalıdır. Vaginizm daha çox qadının şüur altına təsir edən psixoloji hallarla əlaqəlidir. Bu qrupdakı xəstələr cinsi terapiya ilə müalicə olunmalıdır.