Hipnoz insanın bir professionalın yardımı ilə duyğu, düşüncə və qavramalarını yenidən haşiyələyərək davranışlarını dəyişdirdiyi bir prosesdir.

Mənşəyinə görə hipnoz yuxu deyildir; əksinə qadının bədəni və ruhu üzərində nə dərəcədə gücünün olduğunu kəşf etməsidir.

Hipnoterapiya zamanı şüur itirilmir, əksinə şüur daha çox açılır və hipnozdan çıxmamaq kimi hal da mümkün deyildir.

Burada unutulmaması gərəkən məqam tibbi hipnozun heç zaman tək başına bir müalicə üsulu olmamasıdır. Hipnoz tətbiq olunan müalicə üsullarının təsirini və sürətini artıran köməkçi bir vasitədir.
Hipnoz zamanı diqqət, konsentrasiya toplanır və qadın ətrafında olan dəyişikliklərə etina etməyə bilər. Yenə də qadının duyğu vəziyyətində dəyişiklik etmək də mümkündür. Bədən hərəkətlərində yavaşıma ola bilər və bədən fərqli hiss oluna bilər. Danışıq tonu və sürəti yavaşıya bilər. Nəbz sayının azalması, nəfəs alıb vermənin dərinləşməsi və beş duyğu hissinin həssaslaşması hipnoz zamanı son dərəcə təbiidir.

Bir sözlə, hipnoz bütün bədən və ruhda hiss edilən, qadına rahatlıq və sakitlik verən bir yumşalmadır. Şüur isə hər zaman açıqdır; yəni hipnoz zamanı hər şey sizin nəzarətiniz altındadır.

Hipnoz ola bilməyiniz belə sizin nəzarətinizdədir. Siz əgər istəsəniz, hipnozun təsiri altına girirsiniz, istəmədiyiniz heç bir şeyi söyləmir və etmirsiniz. Hipnoz öz gücünüzdən istifadə edərək probleminizi həll etməkdir və bununla birlikdə çox böyük ehtimalla təkrar hiss etmək istəyəcəyiniz çox xoş bir təcrübə olacaqdır.

[box title=”ZƏRURİ QEYD !” color=”#333333″]

Bəzi mərkəzlərdə vaginizm probleminin yalnız hipnoz müalicəsi ilə həll olunduğu iddia edilir.
Ancaq burda unutulmaması gərəkən məqam budur: “Hipnoz heç bir zaman tək başına bir müalicə üsulu deyildir, müasir tibb dünyasında sadəcə digər psixoloji müalicə metodlarına əlavə olaraq tətbiq olunan, müalicənin gedişatını sürətləndirən və yüngülləşdirən alternativ bir üsul” olaraq qəbul edilir.

[/box]

Subaylarda vaginizmin müalicəsi
Son illərdə cütlüklərin evlənmədən partnyoru ilə cinsi əlaqəyə girmə sıxlığında artıma paralel olaraq, vaginizm probleminin olduğunu başa düşən subay qadınlar da evlilikdən əvvəl müalicə almaq məqsədi ilə cinsi terapiya klinikalarına üz tuturlar. Bu şəkildə cütlüklər evliliklərinə daha sağlam başlanğıc arzusundadırlar.

Digər tərəfdən, vaginizm müalicə olunmadığı təqdirdə boşanmalara yol aça bilən bir problemdir. İlk evliliklərini vaginizmə bağlı və digər səbəblərə görə bitirmiş olan qadınlar yenidən evlənmə düşüncələri olduğunda, əvvəllər yaşadıqları problemləri evlilikdən əvvəl həll etmək istəyə bilərlər. Bu halda da cinsi terapiya klinikalarına üz tuta bilərlər.
Vaginizmin müalicəsi üçün subaylarda tətbiq olunan üsullar və vaginizmin müalicə metodları evli qadınlarınkindan fərqli deyildir.
Klinikamızda subay qadınlar da özləri və ya partnyorları ilə birgə cinsi terapiyadan faydalana bilərlər. Tətbiq olunan cinsi terapiya seansları müddətində onsuz da cinsi əlaqə qadağan edildiyi üçün, müalicədə partnyorun iştirakı məcbur deyildir.