Vaginizmdə hansı müalicə yollarını tövsiyə etmirik?

Anesteziya altında (yatırılaraq) cinsi əlaqə.
Təəssüf ki, bəzi anesteziya həkimləri tərəfindən də tövsiyə edilən evdə və ya həkim kabinetində anesteziya alaraq cinsi əlaqəyə girmək problemi həll etmir, hətta cütlüyü cinsəllikdən daha da soyudaraq problemin böyüməsinə təkan verir.
Qadın oyaqkən cinsi əlaqədən yenə qorxacaqdır və partnyorunun daha əvvəl anesteziya altında əlaqəyə girdiyi arvadına qarşı məcburi hərəkət tərzi müşahidə edilə bilər. Bu qorxunu daha da artırır.
Bundan əlavə, anesteziya altında əlaqəyə girilən qadına öz nəzarəti xaricində bu şəkildə bir əlaqəyə girmə psixoloji cəhətdən mənfi təsir göstərir.

Müalicədə əzələ boşaldıcı dərmanlar münasib deyil.
Vaginizmin müalicə üsulları arasında əzələ boşaldıcı, sakitləşdirici və ya keyləşdirici dərmanların faydası olmayacaqdır.

Antidepressant dərmanlar ancaq şüuraltı depressiya problemi olduğunda istifadə olunmalıdır.
Depressiya vaginizm xəstələrində zaman içində şiddətlənə bilər. Ancaq depressiya problemi olmayan xəstələrə antidepressant dərmanlarının verilməsi nətəcəsində bu dərmanlarla bağlı sərsəmləşmə, süstlük və ya cinsi istəksizlik kimi mənfi təsirlər yaranır.

Qızlıq pərdəsinin əməliyyatla çıxartılması (himenektomi əməliyyatı).
Qızlıq pərdəsinin quruluşu ilə bağlı problemlər nadir hallarda cinsi əlaqəyə maneə yaradır. Bu halda qızlıq pərdəsinin sadə bir əməliyyatla çıxartılması işə yarayacadır, ancaq bu hal çox nadirdir.
Təəssüf ki, bir çox ginekoloq tərəfindən lüzumsuz yerinə yetirilən qızlıq pərdəsi əməliyyatları problemi aradan qaldırmır, tam əksinə böyüdür. Əməliyyat olan xəstələrın şüur altında qorxu və təlaşları daha da artır.

İsti oturma vannaları.
İsti su içində oturma vannalarının müalicədə əhəmiyyəti yoxdur.

Spirtli içki içib əlaqəyə girmə.
Təəssüf ki bəzi dindar ailələr belə “boğulanın saman çöpündən yapışdığı” kimi spirtli içki içib əlaqəyə girməyi sınayır, lakin nəticə əldə edə bilmir. Hətta bəzi qadınlar tərəfindən keyləşdirici həblərin istifadəsi də təklif olunur. Bu isə qəti olaraq nəticə verməyəcək və cütlüklərdə ümidsizliyin daha da artmasına səbəb olacaqdır.

Vaginizmin sehrli dərmanı, həbi, eliksiri, kremi, geli yoxdur.
Bəli. Vaginizmin müalicəsi ancaq müasir cinsi müalicə metodları ilə aparılır. Vaginizmin müalicə üsulları arasında xalq arasında tövsiyə edilən bir sıra dərmanlar, keyləşdirici spreylər, kremlər və loğman həkim dərmanları vardır. Ancaq bütün bu dərmanların faydası olmayacaqır, çünki vaginizm daha çox bir qeyri-iradi problemdir.
Müasir cinsi terapiyanı rədd edən və ya yanlış mərkəzlərdə tətbiq olunan müalicələr nəticəsində nəticə almayan bir çox cütlük son olaraq təəssüf ki “cindar xocalar, fırıldaqçılar və cadugərlərə” gedir.

[box title=”CİNSİ TERAPİYADA DÜZGÜN MƏRKƏZ SEÇİMİ VACİBDİR !” color=”#333333″]

Cinsi terapiyalar ölkəmizdə çox az mərkəz və ya terapevt tərəfindən həyata keçirilən, xəstəyə xüsusi diqqət, zaman və əmək tələb edən müalicə sahəsidir.
Bu vəziyyətdə bir çox cütlük isə bu problemlərini yaxınlarından gizlədir, yalnız maddi tərəf düşünərək bəzi mərkəzlərə müraciət edir və burda təqdim olunan əksik, qeyri-kafi və ya yanlış müalicə üsulları nəticəsində çətinlikləri daha da böyüyür.
Yaranan maddi-mənəvi itkilər cütlüklərin ümidlərini və düzgün müalicə mərkəzlərini inamlarını azaldır.
Bu səbəbdən xəstələrimizə doğru mərkəz seçimi məqsədi ilə ətraflı araşdırma aparmalarını məsləhət görürük.
Araşdırdığınız klinikanın etibarlılığı, xəstələrin rəyləri, elmi çalışmaları, gigiyenası, rahatlığı, terapiyanı həyata keçirəcək cinsi terapevtin sizinlə telefondakı əlaqəsi, biliyi və təcrübəsi son dərəcə vacibdir !..

[/box]