Xüsusilə uşaq kimi olan, ailəyə bağlı və psixoloji cəhətdən formalaşması sağlam şəkildə tamamlanmamış gənc qızlar risk qrupundadır. Bu qrupda xüsusilə yüksək ictimai-iqtisadi səviyyəyə malik qadınlarda vaginizm probleminin üzə çıxma ehtimalı artır. (Məsələn, Hera Klinikasında müalicə alan vaginizm xəstələrimizin təqribən 85%-i ən azı orta təhsillidir.)
Uşaqlıq vaxtından qalma qorxuları olan şəxslərdə bu xəstəliyin yaranması daha çox müşahidə olunur. Qorxular ən çox qadının simvolik olaraq düşüncəsində hədsiz böyütdüyü penis səbəbindən çox ağrı hiss etmə, parçalanma kimi qorxulardır. Biz bu cür yanlış düşüncələri “cinsi mif” adlandırırıq. Qadınların şüur altına yazılan bu cür yanlış və şişirdilmiş düşüncələr gələcəkdə vaginizm üçün zəmin hazırlayır.
Yaxşı qız olma sindromu: Ailəsi tərəfindən cinsi məsələlər üzrə məlumatlandırılmaqdan məhrum olan, hətta cinsəlliyin ailə tərəfindən pisləndiyi, qızlıq pərdəsinin isə qorunması tələb olunan çox mühüm bölgə olması kimi öyüdlər verilərək tərbiyə edilən gənc qızların gələcək həyatlarında vaginizm, cinsi həvəssizlik, cinsi soyuqluq, cinsi nifrət və orqazm olmama (anorqazmiya) problemləri özünü büruzə verir.
Bu şəkildə ətraf mühit və ailələri tərəfindən ənənələrə görə tərbiyə edilən qızlarda özünü göstərən bu problemə “yaxşı qız olma sindromu” deyilir və bu hal türk cəmiyyətində olduqca geniş yayılıb.

Yaxşı qız olma sindromu olan qadınlarda cinsi istək demək olar ki bir borc kimi və sadəcə həyat yoldaşları üçün gərəklidir, yəni cinsəllik özlərinin həzz alacağı yox, “həyat yoldaşını razı edəcək vəzifə ” olaraq görülür. Bundan başqa bu qadınlar öz şəxsi həyatlarında da son dərəcə intizamlı, vasvası, işgüzar və idealist olan şəxsiyyətlərdir.
Aile quruluşu; sıxışdıran və intizamlı ata, passiv ana modelinə sahib olan uşaqlar da gələcəkdə vaginizm risk qrupundadırlar.

Bundan əlavə, qadında hamilə qalma qorxusunun olması, qadının yaşadığı mühitdə cinsəlliklə bağlı fikirlərin mühafizəkar və qatı dini qaydalara bağlı olması da digər risk amillərinə daxildir.

Cinsiyyət orqanlarının anatomik quruluşu vaginizmə səbəb olur?
Bu məsələ ilə bağlı yanlış fikirlər və yaranmış gərəksiz tabular bu xəstəliyə təkan verə bilər. Vaginizm cinsi orqanların anatomik quruluşundan əlaqəsiz bir şəkildə ortaya çıxır.
“Mənim vaginam çok kiçikdir (və ya dardır), bu səbəbdən əlaqəyə girə bilmirəm” kimi bir anlayış ümumiyyətlə yoxdur. Çünki vagina olduqca elastik quruluşa malikdir və doğumda 3500-4000 qram ağırlığında, 50-52 sm uzunluğunda, 10 sm baş ölçüsü olan uşaq da eyni genişlənən kanaldan rahatca çıxır. Bu qadınların heç bir anatomik anomaliyası olmasa belə, belə düşünmələri də təbiidir.

Birinci növbədə ginekoloji əyani qiymətləndirmə tələb olunur!…
Bəli. Vaginizmdən başqa, əlaqəyə girə bilməmə və ya ağrılı əlaqə səbəbləri arasında Vulvar Vestibulitis, qalın ve yüksək kənarlı qızlıq pərdəsi, PID və vaginada infeksiyalar kimi digər hallar da vardır.

Bu səbəbdən vaginizm müalicəsinə başlamazdan əvvəl ginekoloji müayinə ilə ilk əvvəl doğru diaqnoz son dərəcə vacibdir. Ancaq bu şəkildə ən uyğun müalicə üsulu seçiləcəkdir.

Vaginizm hamiləliyə maneə yaradır?
Vaginizm xəstələrinin bir çoxu tam cinsi əlaqə olmasa da, “sürtünmə və masturbasiya yolu” ilə cinsi həzz, hətta məmnunluq hiss edə bilir.
Vaginizm yalnız əlaqəyə maneə yaradır. Çox nadir hallarda da olsa vagina ağzına tökülən spermaların üzmə bacarığı nəticəsində möcüzəvi bir şəkildə hamiləlik baş verə bilər.

Vaginizm müalicə olunmadıqda belə müalicəylə uşaq sahibi olmaq olar?
Bu nəzəri olaraq aşılama (IUI, inseminasyon) və sünu mayalanma (ivf) yolu ilə mümkün olsa belə, bu yolla hamiləlik gərəksizdir. Çünki vaginizm qəti şəkildə müvafiq vasitələr ilə və düzgün seçilmiş klinikalarda 100% müalicəsi mümkün olan bir cinsi problemdir.

Bundan əlavə, evlilikdə tək məqsəd hamilə qalıb uşaq dünyaya gətirmək deyildir. Ailə birliyinin tamamlanması və xoş bir şəkildə davam etməsi sağlam cinsi həmfikirlikdən asılıdır.