Vaginizm xəstələrinin çoxu aylar və ya illərcə davam edən evliliklərinə baxmayaraq hələ də bakirədir. Çox vaxt cinsi əlaqədə ağrı olmasından çox “sanki ağrı olacaq” kimi bir hiss olur.
Cinsi əlaqə anı (penetrasiya) gəldiyində qadınlar “yırtılacaq, çox ağrı hiss edəcək, çox qan axacaq, hətta öləcək” kimi hisslər keçirərək özlərini qoruma instinkti ilə qeyri-ixtiyari (refleks) olaraq sıxılırlar.

Vaginizm özünü yalnız cinsi əlaqəyə girə bilməmə və ya əlaqə zamanı yığılma kimi əlamətlər ilə göstərməz. Vaginizmin əlamətləri çox daha genişdir.
Əslində vaginada hər cür prosedura vaginizm xəstələri tərəfindən “xoşagəlməz və iyrənc” olaraq görülür.

 

  • Cinsi əlaqənin ağrılı bir şəkildə baş verməsi (disparoni) Qeyri-iradi vagina əzələ yığılmaları bəzən əlaqəyə imkan versə belə əlaqə zamanı ağrıya səbəb ola bilər. Cinsəlliyin ən böyük məqsədi həzz duyğusudur və cinsi əlaqə həm qadın, həm də kişi üçün zövq almağı ehtiva edir. Cinsi əlaqə zamanı ağrı hiss edilməsi vaginizmdən başqa bir sıra cinsi problemlərlə də bağlı ola bildiyi üçün diaqnozun qoyulması, daha sonra da uyğun müalicənin başlanması tövsiyə olunur.
  • Ginekoloji müayinə oluna bilməmək.Ginekoloji müayinə stolu bir çox qadın üçün xoşagəlməz olmaqla bərabər, ginekoloji müayinə zamanı özünü sıxmaq da vaginizmin əlaməti ola bilər.
  • Vaginal tampon istifadə edə bilməmək.
  • Vagina içinə şam yerləşdirə bilməmək.
  • Vagina içinə barmaq daxil edə bilməmək, cinsi nahiyəyə güzgü ilə baxa bilməmək.

Qadınlarda müşahidə edilən bütün bu simptomlar vaginizm əlamətlərinə daxildir.

Başqa şəkildə ifadə etsək, vaginizm problemi olan qadınlarda vaginaya hər hansı bir şeyin girməsi mümkün deyildir və hər cür giriş cəhdi son dərəcə narahatlıq yaradır və ya imkansızdır.

Vaginizm nədir?
Əlaqə zamanı vagina əzələlərinin qeyri-iradi və refleks bir şəkildə yığılması nəticəsində əlaqənin tam olaraq baş verməməsi halına vaginizm deyilir.

Vaginizmə ingiliscə “vaginismus” deyilir.

Cinsi əlaqə vaginizm xəstələrində niyə ola bilmir?
Qadınların ani qorxuya verdikləri ümumi reaksiya müdafiə instinkti ilə özlərini yığmalarıdır. Bir “cinsi fobiya” olan vaginizmdə də qadınlar cinsi əlaqə zamanı özlərini qeyri-iradi bir şəkildə sıxırlar.

Vaginizm qadınlarında keçmişdə süur altında qalan cinsəlliklə bağlı mənfi mesajlar qadının əlaqə zamanı vücudun müxtəlif hissələri ilə birlikdə vagina əzələlərini bir reaksiya olaraq qeyri-ixtiyari yığmasına səbəb olur.

Adətən ani qorxu nəticəsində özümüzü yığmağımız özümüzü təsir amilindən qorumaq nöqteyi nəzərindən uyğun olsa da, cinsi əlaqədə bu hal tam əksinədir. Yəni ağrı gözləməklə bir qadının özünü sıxması penisin içəri girməsini çətinləşdirir və gərəksiz olaraq ağrı hiss edilməsinə səbəb olur.

Vaginayı nəzarət edən əzələlərinin ən çox tanınanı “Pubokoksigeus əzələsi (PC əzələsi)”dir.
(Altdakı şəkil –  A) Normal anatomik duruş halı   B) Vaginizmdə müşahidə olunan Pubokoksigeus (PC) əzələsinin yığılmasını göstərir.)

vaginizm

Şəkildən də göründüyü kimi, qeyri-iradi vagina yığılmaları nəticəsində cinsi əlaqə qeyri-mümkün olur və hər cür vagina girişi ağrı verir. Elə bu ağrı vagina əzələsinin yaddaşına yerləşərək hər cür girişdə vagina əzələ yığılmasına səbəb olur. Beləliklə hər bir cəhddə cinsi penetrasiya imkansız və ya son dərəcə ağrılı olur.

Bundan əlavə, hər cür ağrılı cəhd də bu yaddaşın güclənməsinə yol açır. Belə vəziyyət yarandıqda da qadın nə qədər “yoldaşımla cinsi əlaqəni istəyirəm, onu sevirəm” dese belə, hər cəhd olunan əlaqədə kişi “özünü bir divarla toqquşmuş “, qadın da “öz bədəninə nəzarəti tamamilə itirmiş” kimi hiss edir.

Vaginizmin irəliləmiş dərəcələrində qadın əlaqə zamanı yoldaşının yanına belə yaxınlaşmasına imkan vermir, itələyərək ayaqlarını sıxır və ağlayaraq əlaqəyə mane olur. Bu səbəbdən əlaqə zamanı qadının ağrı hiss edəcəyi şərait belə yaranmır.

Vagina haqqında..
Vagina ətrafında PC əzələsi isə həm doğum sisteminin, həm də sidik sisteminin fəaliyyətində əsas rol oynayır.

Vagina qadınlarda dörd mühüm vəzifəsini yerinə yetirir:

  • Əlaqənin baş verdiyi kanaldır
  • Doğumun baş verdiyi kanaldır
  • Aybaşı kanalının keçdiyi kanaldır
  • Sidik kanalının keçdiyi kanaldır.

Vaginizm problemində cinsi əlaqə zamanı PC əzələsi şüursuz olaraq vagina girişini bağlayır. Bu hal cütlüklər arasında “penisin içəridəki bir divarla toqquşması” kimi bir hiss yaradır. Bu haldda əlaqə cəhdi uğursuz alınır. Hər uğursuzluq cütlüklərdə ümidsizlik və bədbinliyə yol açır.

Vaginizmin müalicə yolları da əslində sərbəst olaraq çalışan bu əzələlərin əlaqə zamanı da nəzarət altında olması və əzələ yaddaşının doğru bir şəkildə təşkil olunması məqsədini daşıyır.