68b62085e41e8f225811766f8d5eb2bb_XL

1. Vaginizm daha çox kimlərdə müşahidə edilir?
Vaginizm cəmiyyətin hər hissəsində müşahidə edilir. Klinikamıza vaginizm şikayəti ilə müraciət edən qadınların hekayələrində bu kadınlar;

-gənclik və ya kiçik yaşlarında bir sıra cinsi sataşma və ya təcavüzə məruz qalmış qadınlar-qızlıq pərdəsi və cinsəllik məsələlərində uşaqlıqdan bəri ailələri tərəfindən sərt intizamla böyüdülmüş qadınlar (“yaxşı qız olma sindromu”)

-ailə və ya ətraf mühitin təzyiqləri ilə dini və mənəvi baxımdan ciddi qayda

-qanunlarla yetişdirilmiş qadınlar

-xəstələrin əksəriyyətini isə ilk baxışdan keçmişləri ilə bağlı xatırladıqları heç bir mənfi cinsi həyat təcrübəsi olmayan və ya probleminin mənbəyi dəqiq olaraq məlum olmayan qadınlardan ibarətdir.

Göründüyü kimi, vaginizm yalnız sərt və mənəviyyata bağlı ailələrin yaratdığı problem deyil, çox zaman səbəbi bilinmədən yaranır və cəmiyyətin bütün ictimai-mədəni təbəqələrində müşahidə olunur.
Bizim də xəstələrimizin bir çoxu müxtəlif vilayətlərdən və çox fərqli mədəni quruluşlu ailələrdən gəlirlər. Hətta həkim və ya universitetdə müəllim olmasına baxmayaraq, vaginizm problemi olan bir çox xəstəmiz olmuşdur.

2. Vaginizmin Türkiyədə rast gəlmə tezliyi nədir?
2006-cı ildə Türkiyədə 1500 qadının iştirakı ilə aparılmış bir çalışmada əldə edilmiş nəticələrə görə ölkəmizdə vaginizmə rast gəlmə tezliyi 10%-dir. Yəni cəmiyyətimizdə hər 10 qadından birinin partnyoru ilə cinsi əlaqədə problemi vardır; partnyoru ilə cinsi əlaqəyə ya heç girmir və ya əlaqə zamanı ağrı, əziyyət, sıxılma hiss edir.
Digər tərəfdən, vaginizm sadəcə müsəlman ölkələrinin problemi deyildir. Dünyanın bütün ölkələrində (ABŞ, Avropa ölkələri, Avstraliya kimi) vaginizm problemi mövcuddur və bu sahədə çalışan bir çox özəl mərkəzlər vardır. Ancaq bu problemin ölkəmizdə Qərb ölkələrinə görə daha çox yayıldığını bilirik.

3. Vaginizm niyə tək seansla həll olunmur?
Siz 6 aylıq və ya 2 illik evli olub vaginizm xəstəliyindən əziyyət çəkmiş ola bilərsiniz. Bu o deməkdir ki, sizin vaginizm probleminin ortaya çıxması 6 ay və ya 2 ildir. Ancaq bu problem bəlkə də 10 və ya 15 ildir sizinlədir, problemin köklərinin nə qədər dərin olduğunu heç kim bilmir. Evlilik bu problemin mövcudluğunu üzə çıxartmışdır.
Keçmişdə gənclik, kiçiklik zamanından etibarən cinsəllik, qızlıq pərdəsi və ya ilk gecə ilə bağlı aldığınız yanlış məlumatlar və ya mənfi rəylər əsaslı şəkildə şüur altında özünə yer eləyir. Bütün bu qorxulardan azad olmaq, sizə düzgün məlumatları yükləmək və bunları yaddaşınıza yerləşdirmək üçün bir qədər zaman tələb olunur. Bu da vaginizm probleminizin dərəcəsindən asılıdır.
Ancaq çox yüngül vaginizm problemləri olan, partnyorunun və cinsi təcrübələri az olan cütlüklərdə tək seansla uğur əldə edilir və müşahidələrimizə görə bu cütlüklər bütün vaginizm xəstələrinin ancaq 10%-lik bir hissəsini təşil edir.

4. Vaginizmin müalicəsində ilk mərhələ nədir?
Vaginizmin müalicəsində ilk pillə qadının qısa həyat hekayəsi və böyümə tərzinin dinlənməsi, cinsi əlaqə zamanı nələr hiss etdiyinin öyrənilməsi, daha sonra da sadə bir müayinə (vaginizmin dərəcələndirilməsi) ilə vagina yığılmalarının dərəcəsinin müəyyən olunmasından ibarətdir.
Vaginizmin müalicəsinə daxil olan və 45 saniyə davam edən ilk qiymətləndirmə qadının xarici cinsiyyət sisteminin anatomik quruluşunun gözlə müayinəsi və yığılmaların dərəcələndirilməsindən ibarətdir.
Yığılmaların qiymətləndirilməsi ilə vaginizm xəstələri birdən dördə qədər dərəcələndirilir. Birinci dərəcə ən yüngül, dördüncü dərəcə ən şiddətli və dayanıqlı halları özündə göstərir. Biz Hera Klinikasında özümüzün tərtib etdiyimiz sinifləndirmə sistemini tətbiq edirik.
Vaginizmin dərəcəsi (yüngül və ya ağır) müalicədə əldə edəcəyimiz uğura təsir göstərmir, yalnız qadına tətbiq olunacaq xüsusi müalicə metodu üçün bizə yol göstərir.
Klinikamızda vaginizm xəstələrimiz müalicə zamanı heç bir şəkildə ağrı hiss etmirlər. Bu səbəbdən heç bir şəkildə qorxmanıza, utanmanıza və ya sıxılmanıza gərək yoxdur.

5. Cinsi əlaqədə problem ilə qarşılaşan xəstələr ilk növbədə hansı həkimə müraciət etməlidir?
Vaginizm 90% psixoloji mənbəyi olan problem olsa belə, 10% anatomik və ya orqanik problemlərlə bağlı olaraq yaranır.

Bu səbəbdən cinsi əlaqədə problemlə rastlaşan xəstələr ilk növbədə bir ginekoloqa müraciət etməli və sadə bir müayinədən keçməlidirlər. Cünki vaginizm diaqnozu ancaq ginekoloq tərəfindən aparılan sadə bir müayinədən sonra qoyula bilər.
Vaginanın atrofik (normadan olduqca kiçik) olması, vagina içində septumlar (dik və üfüqi pərdələr), vaginanın bütöv bir şəkildə bitməsi (Rokitansky Kustner Hauser sindromu) kimi anatomik problemlərdə də cinsi əlaqə mümkün deyildir.

6. Vaginizmi kimlər müalicə edir?
Vaginizmi cinsi terapiyalar üzrə “xüsusi təhsil almış” ginekoloq, psixiatr həkimlər və psixoloqlar tərəfindən müalicə edilir. Burada mühüm olan müalicə edəcək həkimin bilik və təcrübəsidir.
Ölkəmizdə “seksolog” kimi ixtisas sahəsi olmadığı üçün bu sahədə fəaliyyət göstərən cinsi terapevtlər öz təcrübələrinə əsaslanırlar.
Doğru mərkəzdə doğru müalicəyə başlamaq müalicənin gedişatına və əldə edilən uğura təsir edən ən mühüm amildir. Klinikamızda bu problemlə 2003-cü ildən bəri müraciət edən və müalicə olunmuş xəstələrimizin sayı 6000, müalicədə əldə etdiyimiz uğurumuz 100%-dir.

7. Klinikamızda vaginizm ilə bağlı hansı müalicə üsulları tətbiq olunur?
Hera Klinikasında vaginizmin davranışsal, bilişsel və hipnoz müalicələri (hipnoterapiya) tətbiq olunur.
İlk növbədə sadə, ağrısız ginekoloji müayinədən sonra qadınlara onların cinsi sistem quruluşları və cinsəlliklə bağlı ümumi məlumat verilir (bilişsel terapiya), daha sonra da bir qayda olaraq hipnoz altında rahatlamaları (hipnoterapiya) təmin olunaraq bir sıra çalışmalara (davranışsal terapiya) keçilir.
Xəstələrimiz çalışmalar zamanı heç bir şəkildə ağrı hiss etmirlər. Klinikamızda son dərəcə sadə və rahat “hasta dostu tedavileri” tətbiq olunur.

8. Müalicələr neçə seans davam edir?
Vaginizmin müalicəsi adətən 3 ilə 4 seans arasında davam edir və qadınların problemlərinin dərəcəsinə görə 3 ilə 4 gün arasında dəyişən müalicə prosesini əhatə edir. İlk ginekoloji müayinə ilə vaginizmin dərəcəsi və təqribən neçə seans davam edəcəyi asanlıqla təyin olunur və cütlüklər məlumatlandırılır.

9.  Hera Klinikasında vaginizmin müalicə müddəti və seans aralıqları nə qədərdir?
Vaginizm xəstələrimizidə müalicə müddəti xəstələrimizin gələ bildikləri seans aralıqlarına bağlıdır. Ankarada yaşayan xəstələrimiz gündəlik və ya iki gündə bir müalicə aldıqlarında müalicə müddəti qısalır.
Şəhərdən uzaq bölgələrdən gələn xəstələrimizə isə Ankarada qalma imkanları varsa 4-5 günlük izin alaraq qalmalarını tövsiyə edirik. Bu müddət ərzində əsaslı bir proqram daxilində bir sıra çalışmalar ilə problemi aradan qaldırırıq.

Xüsusilə Ankaraya yaxın bölgələrdən yalnız həftə sonu gələ bilən xəstələrimizin müalicələrini də şənbə günləri gündəlik olaraq gedib gəlmələri şəklində təşkil edirik.
Müntəzəm olaraq müalicəyə gələn xəstələrimizdə vaginizm problemi təqribən 3-4 arasında daimi olaraq həll olunur.
Mərkəzimizdə əsaslı bir şəkildə tətbiq olunan vaginizm müalicə metodları son dərəcə sadə, asan və ağrısızdır. (“Hasta dostu tedaviler”)

10. Müalicədə uğur qazandıran amillər nələrdir?
Müalicədə uğur əldə etmək üçün ən mühüm amil “inam”dır. Mərkəzə, həkimə və bəlkə də xəstələrin özlərinə qarşı hiss etdikləri inam…. İnam olmadan cinsi terapiya olmaz.
Qadınların öz problemlərinin öhdəsindən gəlməkdə qəti, inamlı və iradəli olmaları, həm özlərinə, həm də həkimlərində etibar etmələri, səbirli və rahat olmaları müalicədə əldə olunan uğuru sürətləndirən və sadələşdirən amillərdir.
Bundan əlavə, tətbiq olunan müalicə proqramlarından sonra verilən “Ev tapşırıqlarını” düzgün bir şəkildə yerinə yetirmələri müalicənin gedişatını sürətləndirir.
Digər mühüm bir amil də vaginizm problemi olan qadınların partnyorlarının müalicə müddətində fədakar, səbirli və anlayışlı olmalarıdır. Çünki bu müalicəni alan qadınlarda özlərini günahlandırmaq hissləri müşahidə edilir.
Daha əvvəl də deyildiyi kimi, vaginizm uzun illər ərzində şüur altında yerləşmiş cinsi məsələlər üzrə yanlış mənfi rəylərdən yaranan psixoloji bir problemdir. Bu problemin həlli xəstələrə görə dəyişir və dəqiq nəticə əldə etmək üçün tələsilməməlidir. Mərhələ-mərhələ tətbiq olunan müalicəmiz bir qədər səbir və fədakarlıq tələb edir.
Ancaq problemin ən qısa zamanda həll olunaraq cinsəlliyin həyatınıza daxil olması və hamilə qalaraq uşaq dünyaya gətirməniz bütün bu yaşadıqlarınızı yaddaşınızdan silib atacaqtır!..
“Doğru mərkəzdə doğru müalicəyə başlamaq” müalicənin gedişatına və əldə olunan uğura təsir göstərən ən mühüm amillərdir. Daha əvvəl tətbiq olunmuş uğursuz müalicə cütllükərə maddi-mənəvi zərər verir və qadında problemin həllinə olan ümidlərinin azalmasına səbəb olur.

11. Müalicədə partnyorların iştirakı vacibdir?
Xeyr. Vaginizm hər nə qədər bir cütlüyün ümumi problemi olsa da, burada əslində qadın təsir altında qaldığı üçün əsasən tətbiq olunan müalicə üsulları qadına yönəldilir. Bu səbəbdən mərkəzimizdə müalicədə partnyorların iştirakı məcburi deyildir. Ancaq arzu edən kişilər müalicə müddətində həyat yoldaşlarının yanlarında ola bilərlər.

12. Klinikamızda vaginizm xəstələrində əldə etdiyimiz uğurumuz nə qədərdir?
Hera Klinikasında son altı ildə vaginizm xəstələrimiz arasında müalicəyə davam edən 6000 xəstənin hamısında uğur əldə etmişik. Yəni vaginizmin müalicəsində klinikamızdakı uğur 100%-dir. Bu sahədə çalışmalarımızı ölkə içində və xaricdə bir çox elmi yığıncaqlarda təqdim edirik.

13. Müalicə üçün nə qədər əvvəldən görüş almalıyam? Aybaşı vaxtı müalicə olunmaq olar?
Klinikamızda müalicəyə başlamazdan bir həftə əvvəl katibliyimizlə telefonla əlaqə saxlayaraq görüş almaq kifayət edəcəkdir. Görüşləriniz sizin gəliş gün və saatlarınıza uyğun şəkildə təşkil olunacaqdır.

Digər tərəfdən müalicəyə ilk gəlişinizdə və müalicə müddətində aybaşı olmayan dövrdə olmanız tələb olunur. Aybaşı zamanı müalicə tətbiq olunmur.

Vaginizmin müalicəsinə başlamaq üçün izin aldığınız tarixdə aybaşı gözlənilirsə, bunu telefonla klinikamıza bildirməniz faydalı olacaqdır. Əvvəlcədən qəbul etmənizi təklif edəcəyimiz bəzi dərmanlar ilə aybaşınız daha əvvəl başlaya bilər.
Klinikamıza özünüzə inanaraq və rahat bir şəkildə müraciət etmənizi arzu edirik. Daha əvvəl də dediyimiz kimi, bizə sadəcə müraciət etməniz belə müalicənin 50%-i deməkdir.

14.  Psixoloji problemlərimə görə antidepressant dərman qəbul edirəm, müalicəyə gəlmədən əvvəl dərmanın qəbulunu kəsməliyəm?
Xeyr. Müalicədən əvvəl (əgər varsa) qəbul etdiyiniz psixoloji sakitləşdirici (antidepressant, anksiyolitik və antipsikotik) dərmanları müalicəyə gəlmədən əvvəl QƏTİYYƏN kəsməyin; dərmanlarınızı müalicə müddətində də içməyə davam etməlisiniz.

15. Klinikamızda vaginizmin müalicəsinin ödənişi nə qədərdir?
Hera Klinikasına cinsi problemləri ilə gələn qadınlara görüş və müayinədən sonra vaginizm probleminin dərəcəsi, təxmini davam edəcək seans sayı və tətbiq olunacaq müalicə üsulları ilə bağlı məlumat verilir. Bu müayinə və təqribən bir saatlıq məlumatlandırmadan sonra xəstələrimizdən sadəcə müayinə haqqı alınır.
Müalicə almağı qət edən xəstələrimizdən isə vaginizmin dərəcəsinə görə tək bir ödəniş (paket olaraq) alınır və müalicə müddətində əlavə məbləğ alınmır.
Vaginizmin müalicəsi üzrə paket ödənişi xəstəyə, xəstəliyin dərəcəsinə və tətbiq olunan müalicə üsullarına görə dəyişir. Ödənişlərlə bağlı bütün xəstələrimizə yardım edirik.

16. Şəhər kənarından gələn xəstələrimiz müalicə üçün gəldiklərində Ankarada harda qala bilərlər?
Şəhər kənarından və xaricdən gələn xəstələrimiz Ankaraya gəldiklərində əgər varsa tanıdıqları dostları və ya qohumlarında gecələyə bilərlər. Ancaq burada mühüm olan qaldıqları evdə özlərinə aid təmiz və rahat otağın olmasıdır.

Bundan başqa, vaginizm xəstələrimizin qaldıqları yerlərdə də onlara verdiyimiz ev tapşırıqlarını rahat yerinə yetirmələri olduqca zəruridir. Əgər Ankarada müalicə zamanı qala biləcəyiniz yaxınınız yoxdursa, bizim təklif etdiyimiz mehmanxanalardan birini seçə bilərsiniz.

17.  Vaginizmin müalicəsindən sonra nə zaman hamiləlik olar? Müalicədən sonra bizi nə gözləyir?
Çox qısa bir müddətdə vaginizm klinik mərkəzimizdə alacağınız cinsi terapiya nəticə verəcək və probleminizdən daimi bir şəkildə xilas olacaqsınız. Vaginizmin müalicəsindən sonra sizi əlbəttə ki çox gözəl günlər gözləyir.

Vaginizmin müalicəsindən sonra cinsi həyatınızın tam olaraq yoluna düşməsi və cinsi əlaqədən həzz almanız üçün bir neçə ay hamiləlikdən qorunmağı tövsiyə edirik. Ancaq bu qəti qayda deyildir. Çünki bir çox xəstə aylar və ya illər boyu yubatdıqları uşaq arzularını müalicədən dərhal sonra reallaşdırmaq istəyirlər.

Artıq yardım alma zamanı
Çünki dəstək almadan bu problem aradan qalxmır… Məsələni elmi üsullarla, qəti və daimi bir şəkildə həll etmək üçün bizimlə əlaqə saxlayın.

Üz-üzə görüşmək və konsultasiya üçün +90 (312) 426 85 25 nolu nömrəli telefonumuzdan görüş ala bilər
VƏ YA
+90 (532) 452 06 56 nömrəli cib telefonundan (heç çəkinmədən) Ginekoloq və Cinsi Terapevt Op. Dr. Süleyman ESERDAĞ ile görüşə bilərsiniz
VƏ YA
suleyman@eserdag.com mail ünvanımıza haqqınızda yaza bilərsiniz. Ən qısa zamanda sizinlə əlaqə saxlanılacaqdır.