Vaginizm müalicəsi tamamilə elmi vaginizm müalicə metodlarından ibarətdir. Cinsi müalicədən sonra xəstələrimizdə müşahidə edilən yaxşılaşma da ömür boyu davam edir.
Vaginizm problemi olan, partnyoru ilə və ya təkbaşına klinikamıza görüş alaraq gələn xəstələrin ilk növbədə şikayətləri dinlənilir, daha sonra vaginizm problemi dərəcələndirilir və vəziyyətləri ilə bağlı xəstələr məlumatlandırılır.
Vaginizm dərəcələndirilməsi vaginizm xəstələri üçün sadəcə görüntü olaraq yığılmaların şiddətini qiymətləndirimək məqsədi ilə yerinə yetirilir və tamamilə ağrısızdır. Xəstələr müalicə müddətində heç bir zaman ağrı hiss etməyəcəkdir.
Sadəcə 15-20 saniyə davam edən bu sadə müayinə ilə xəstəliyi yarada biləcək hər hansı anatomik problemin olub olmadığı və vaginizmin dərəcəsi müəyyən olunur.

90%-i psixoloji mənbəyi olan vaginizm problemində anatomik əngəllər yalnız 10% təşkil edir. Bu səbəbdən vaginizm xəstələrinin ilk olaraq mütləq ginekoloq tərəfindən müayinə olunması vacibdir.
Vaginizm müalicəsində “bilişsel və davranışçı cinsi terapiyalar” ilə də uğurlu nəticələr əldə olunur. Bu terapiyaların bir hissəsinə arzu edən partnyorlar da daxil ola bilər.

Hera vaginizm Klinikasında cinsi müalicə alan xəstələrimizə ilk mərhələdə cinsi əlaqə, qızlıq pərdəsi, vagina, ilk gecə və cinsiyyət orqanlarının quruluşu ilə bağlı ətraflı məlumat verilir.

Bəzi maketlərin üzərində cinsiyyət orqanlarının quruluşu, anatomik orqanlar başa salınır, hamiləlik, aybaşı kimi fizioloji funksiyalar mövzusunda cütlüklər məlumatlandırılır. Bilişsel terapiya müddətində xəstələrin yerinə yetirdikləri bir sıra çalışmalar müalicələrini sürətləndirir.

Yenə də vaginizm xəstələrinə verdiyimiz cinsi təlim tərkibli CD və DVD-lər ilə təlim gücləndirilir.
Davranışçı cinsi terapiyalardakı məqsəd isə “əsas əzələlərin yumşaldılma çalışmaları“nın xəstələrə öyrədilib tətbiq edilməsidir.
Vaginizm Klinikasında verilən bütün tapşırıqlar pillə pillə gedir, olduqca sadə və ağrısızdır. Bir neçə seansdan sonra belə vagina yığılmaların bir çoxu keçir və qadınların özlərinə inamı artır.

Bir çox mərkəzdə tətbiq olunan, xəstələr tərəfindən çətinliklə yerinə yetirilən və xoşa gəlməyən BARMAQ ÇALIŞMALARI KLİNİKAMIZDA YOXDUR. Bununla bağlı arxayın ola bilərsiz!..
Onsuz da “in vivo həssaslığın azaldılması (desensitizasyon)” olaraq da bilinən barmaq çalışmaları ilə müalicə hal-hazırda müasir cinsi müalicə metodlarına daxil deyildir. Çünki bugün artıq çox daha müasir və asan tətbiq olunan davranışsal müalicə üsulları mövcuddur.
Qısa müddətdə lazımınca yumşalmağı öyrənən qadınlarda bu üsulların tətbiqi və vaginizm çalışmaları son dərəcə rahat keçir. Ancaq tam olaraq rahat olmayan qadınlarda hipnoterapiya ilə yumşalma və rahatlama təmin edildikdən sonra bu çalışmalara keçilir.
Hipnoz (hipnoterapiya) isə son illərdə vaginizmin müalicəsində müvəffəqiyyət şansını artıran mühüm bir müalicə üsuludur. Hipnoterapiya sertifikat alan və bu sahədə təhsil almış həkimlər tərəfindən tətbiq olunmalıdır.

Vaginizmin müalicə üsulları və müalicə prosesi
Hera Klinikasında vaginizmin müalicə müddəti xəstəliyin şiddətinə görə 1-2 seansdan 6-8 seansa qədər dəyişə bilər.
Klinikamızda vaginizmin müalicə müddəti orta hesabla sadəcə 3-4 gündür. Bu müddət təqribən 1 ilə 7 gün arasında dəyişə bilər.
Ankaradakı klinikamızda vaginizm müalicəsi adətən günaşırı və ya hər gün həyata keçirilir. Bəzən isə xəstələrin gəlmə imkanlarına görə sadəcə həftə sonları görüş verilir və həftə içi günlərdə öz evlərində ev tapşırıqlarını yerinə yetirmələri tapşırılır.
Müalicədə partnyorların iştirakı məcburi deyildir. Ancaq arzu edən kişilər müalicə müddətində yoldaşlarının yanında ola bilərlər.

Vaginizm ailəvi bir problemdir; yəni qadının və kişinin ortaq problemidir. Bu səbəbdən heç bir tərəf digərini qınamamalı və ya bu məsələdə düşüncəsiz olmamalıdır. Kişi partnyorların həyat yoldaşlarına dayaq olması, sakitləşdirməsi müalicə prosesini sürətləndirən və uğuru artıran ən mühüm amillərdən biridir.

Qadına uyğun və elmi müalicə üsullarının düzgün bir şəkildə tətbiq olunması ilə Ankaradakı Vaginizm Klinikamızda müalicə alan vaginizm xəstələrimizdə əldə etdiyimiz uğur 100%-dir..

Müalicələrdə müvəffəqiyyət şansını artıran ən mühüm amillər qadınların seanslar zamanı onlara verilən ev tapşırıqlarını uyğun şəkildə yerinə yetirmələri və sonuna qədər özlərinə və müalicəyə olan inamlarını qoruyub saxlamalarıdır.

Cinsi terapiyada uğur əldə etmək üçün ən mühüm amil “inam”dır…
Qadın xəstəlikləri və doğum klinikalarında ginekoloq həkimə inam çox mühümdür; müalicədə əldə olunan uğura və müalicə prosesinə çox böyük təsir göstərir.
Əgər cinsi terapiya alırsınızsa, inam amili çox daha mühüm rol oynayır. İnam içində üç mühüm meyar: özünüzə, müalicəyə və müalicə edən həkimə olan inamdır.

Müalicə üçün bizə müraciət etməyiniz belə yolun yarısıdır…
Vaginizm kimi heç kimə danışmadığınız bu problemlə bağlı çəkdiyiniz çətinlikləri təxmin edirik. Ancaq unutmayın ki, sadəcə müalicə üçün qərara gəlib görüş alaraq klinikamıza gəlməyiniz belə çox mühüm bir addımdır və problemin həllinin 50%-idir.

Daim təxirə salınan və yayınılan bu problemin tək həlli qərara gələrək tez bir zamanda hərəkətə keçməkdən asılıdır.

[box title=”DİGƏR MƏRKƏZLƏRDƏN NİYƏ FƏRQLİYİK ?” color=”#333333″]

11 fərqli səbəb

I.  Elmə əsaslanmaq: Müalicə üsullarımız və uğurlarımız bir çox yerli və beynəlxalq konqreslərdə, əyani və yazılı mediada təqdim olunur.
II. Xəstəyə uyğun müalicələr: Tətbiq etidyimiz müalicə üsulları tamamilə qadının probleminə və problemin dərəcəsinə görədir. Çünki cinsi terapiyalarda hər kəsə eyni şəkildə uyğun standart müalicə üsulu yoxdur.

III. 100% müalicə zəmanəti:  “Müalicə zəmanəti” verən bir mərkəzik. Klinikamızdakı müalicələrdə əldə etdiyimiz uğur 100%-dir. 2003-cü ildən bəri mərkəzimizə müalicə üçün müraciət edib müalicə olunmuş 6000 xəstəmizin hamısında uğur əldə etmişik.

IV. Müalicələrdə rahatlıq: Klinikamızdakı xəstələrimiz çox asan tətbiq olunan, rahat, sadə, tamamilə ağrısız, güc tələb etməyən və elmi üsullarla müalicə olunurlar.

V. “Barmaq çalışmaları” yoxdur: Klinikamızda müalicə alan xəstələrimiz bir çox mərkəzdə xəstələrə tətbiq olunan “Barmaq çalışmaları” ilə qarşılaşmırlar. Çünki barmaq çalışmaları bir çox xəstə üçün çox çətin, qorxulu və ya xoşagəlməzdir.

VI. Cavablar çox tezdir:  Hera Qadın Sağlamlığı Mərkəzində tətbiq olunan müalicələrdə cavablar çox tez alınır. Müalicə müddəti orta hesabla 3-4 gün arasındadır. Bir çox klinikada bu müddət 3-6 ay təşkil edir.

VII. Partyorun iştirakı tələb olunmur:  Xəstələrimizin həyat yoldaşlarının müalicədə iştirak etmə məcburiyyəti yoxdur. Beləliklə partnyorlar öz işlərindən geri qalmırlar. Eyni şəkildə heç evlənməmiş və ya ərindən boşanmış xəstələr də müalicəyə asanlıqla gələ bilirlər.

VIII.  Probleminiz “kökündən və daimi” olaraq həll olunacaqdır:  Xəstələrimizin müalicədən sonra problemlərinin yenidən geri qayıtması ehtimalı yoxdur. Çünki davranışçı müalicə medotları bir qadına “velosiped sürməyi öyrətmək” kimidir, daha sonralar unutma və ya problemin yenidən təkrarlanması kimi risk yoxdur.
IX. Bir ginekoloq-cinsi terapevtlə birlikdə “tək əldən” müalicələr:  Vaginizm 90% psixoloji səbəblər, təqribən 10% vagina və ya qızlıq pərdəsinin quruluşunda problemlər nəticəsində də yarana bilər. Quruluşla bağlı problemlərdə çox vaxt bir sıra sadə cərrahiyyə müdaxiləsi ilə problemi asanlıqla aradan qaldırmaq olar. Biz xəstələrimizə vaginizmi yaradan səbəbin psixolojik və ya anatomik olmasından asılı olmayaraq klinikamızda cinsi terapevt vəzifəsi olan bir ginekoloq tərəfindən (tək əldən) müalicə imkanı yaradırıq.

Yəni cinsi əlaqəylə bağlı probleminiz hansı səbəbdən olursa olsun, müalicəniz sonuna qədər eyni adam tərəfindən təmin olunacaqdır.

X. Rahat, müasir və qayğısız şərait sizi gözləyir: Klinikamızda mühit gigiyena tələblərinə uyğun, müasir, geniş və müvafiq tibbi təchizatlı, işçi heyətimiz son dərəcə gülərüzdür. Belə səmimi mühitdə xəstələrimiz müalicə müddətində onlar üçün ayrılmış xüsusi otaqlarda sakit və rahat çalışma üstünlüyü görürlər.

XI. Rahat gəlmə və gecələmə: Vaginizm klinikamız Ankaranın ən mərkəzi yerində “Kavaklıdere” bölgəsində yerləşir, avtobus vağzalı və aeroportdan son dərəcə rahat çatmaq olar. Köməkçi işçi heyətimiz gecələmək üçün sizə yardım edəcəkdir. Razılaşmamız olan mehmanxana və ya qonaq evlərini seçə bilərsiniz.

[/box]

VAGİNİZM VİDEOLARI (Op. Dr. Süleyman ESERDAĞ şərhi ilə) :

Vaginizm nədir?   >>>
Vaginizmin növləri   >>>
Vaginizmin səbəbləri   >>>
Vaginizmin orqanik səbəbləri   >>>
Vulvar Vestibulit Sindromu nədir?  >>>
Vaginizmin müalicəsi   >>>
Ağrılı cinsi əlaqə (Disparoni)  >>>
Subaylarda vaginizmin müalicəsi  >>>
Qızlıq pərdəsi haqqında  >>>
Hera Klinikası Facebook qrupumuza siz də qoşulun!.
Televiziya proqramlarımızı, xəbərlərimizi və xəstələrimizin rəylərini facebooktan siz də təqib edin!..

Tək seansla vaginizm müalicə oluna bilər?
Vaginizmin uşaqlıqdan bəri cinsəlliklə bağlı alınan bir sıra mənfi mülahizələr nəticəsində yarandığını ifadə etmişdik. Belə mənfi yanlış fikirlərın yaddaşdan silinərək atılması və yerinə müsbət düşüncələrin “yenidən inşa edilməsi” bir qədər zaman tələb edir və səbirli olmaq lazımdır.
Ancaq çox yüngül vaginizm problemləri olan, partnyorunun və özünün cinsi məlumat və tərcübəsi az olan cütlüklərdə tək seansla uğur əldə edilir və müşahidələrimizə görə, bu cütlüklər bütün vaginizm xəstələrinin ancaq 10-%-lik bir hissəsini təşkil edir.