İlkin vaginizm:  Bir dəfə belə olsa cinsi əlaqənin olmamasıdır.

İkinci vaginizm:  Əvvəllər sağlam şəkildə əlaqə baş versə də, keçirilmiş hər hansı cinsi travma nəticəsində (uğursuz doğuş, uşaq salma, abort, kobud şəkildə yerinə yetirilmiş ginekoloji müayinə, sataşma və ya təcavüzə məruz qalma kimi) yaranan vaginizm halıdır.

Aparoni:  Bir sıra fiziki səbəblərdən xəstənin cinsi əlaqəyə girə bilməməsidir. Vaginizm də bir növ aparonidır.

Disparoni:  Cinsi əlaqə zamanı “ağrı, batma və ya yanma hiss etmək”dir. Bəzən ikinci vaginizmin səbəbi də disparoni ola bilər.
Əgər cinsi əlaqə zamanı ağrı, yanma və ya batma hiss edirsinizsə, hər zaman səbəb vaginizm olmaya bilər. Disparoninin həmişə 100% müalicəsi mümkündür.

Vulvar Vestibulitis Sindromu:  “Vulvar vestibuitis” və ya “vulvodinia” olaraq məlum olan bu hal qızlıq pərdəsinin alt hissəsində hədsiz dərəcədə həssaslıq olması nəticəsində vaginizm, disparoni, anorqazmiya (orqazm ola bilməmə) və cinsi həvəssizlik kimi simptomları olan bir sindromdur.
Vestibulit sindromunda xəstənin əlaqənin ağrılı olması və ya heç olmaması ilə bağlı ifadəsindən sonra ginekoloji müayinədə bu bölgənin toxunmaqla həssaslığını və qızarması yolu ilə asanlıqla diaqnoz qoymaq olar. Dəqiq səbəbi hələ də məlum deyildir.
Vestibulit sindromunun müalicəsində sadə bir cərrahiyə əməliyyatı ilə bu bölgənin (vestibulm) çıxarılması problemi tamamilə ortadan qaldıra bilər.

Cinsi soyuqluq ilə vaginizm arasında nə fərq var?

Cinsi soyuqluqda da ayıb, pis və günah hissinin rolu olsa belə, əsas problem cinsi əlaqədən həzz ala bilməmək şəklində özünü göstərir. Halbuki vaginizmdə başlanğıcda cinsi əlaqəyə girməkdə həvəssizlik yoxdur, ancaq əlaqə zamanı zərər görmə hissi ön plandadır.
Vaginizmdən şikayətçi olan bir qadında cinsi arzu və vaginada islanma mövcuddur, lakin istəndikdə belə əlaqə alınmır.
Vaginizmli qadınların çoxu heç bir zaman əlaqəyə girməmişdir, yəni hələ bakirədir. Bununla birlikdə bəzi qadınlarda da daha əvvəl cinsi əlaqə alınırkən, sonradan əlaqəyə girə bilməmə halı da müşahidə olunur.