Vaginizm Klinikası və Cinsi Müalicə Mərkəzimiz olan “Hera Qadın Sağlamlığı Mərkəzi“ndə ginekoloq və psixoloq dəstəkli cinsi təlim, hipnoterapiya (hipnoz), cinsi funksiya pozulmalarının müalicəsi, seks və ailədaxili terapiyalar həyata keçiririk.

Hipnoz müalicəsi (hipnoterapiya) qadınlarda özləri hiss etmədən şüur altında tutduqları bütün mənfi düşüncələri üzə çıxarır. Bu səbəbdən xüsusilə şiddətli vaginizm müalicəsində xüsusi yeri vardır.

Tamamilə xüsusi diqqət və ixtisas sahəsi olan vaginizm və digər cinsi funksiya problemlərində olduqca təcrübəli və Ankarada geniş xəstə portfelinə sahib olan mərkəzimizə bugünə qədər ölkəmizin demək olar ki bütün vilayət və rayonlarından, başda Avropa, ABŞ, Orta Şərq ölkələri olmaqla xaricdən müraciət edən xəstələrimiz tətbiq etdiyimiz müalicələrimizin faydasını görmüş və məmnuniyyətlərini ifadə etmişlər.

Müalicəsi 100% mümkün olan bir problemin həyatınıza daha nə qədər təsir etməsinə yol verəcəksiniz? Özünüzə və həyat yoldaşınıza qarşı haqsızlıq etməyin…
Sadəcə müalicəyə başlamağı istəmək və mərkəzimizə müraciət etməklə müalicədə çox mühüm bir pilləni keçmiş olacaqsınız.”  Bundan başqa, biz sadəcə sizin bu probleminizi müalicə etməklə kifayətlənməyib, hamiləliyinizə də nəzarət etmək arzusundayıq.

Vaginizm ilə bağlı işlərimizin elmi sənədlərlə əsaslandırılması..
Vaginizmdə davranışçı terapiyalar, rahatlama məşqlərinə əlavə olaraq mərkəzimizdə həyata keçirilən hipnoz terapiyaları ilə əldə olunan nailiyyətlər olduqca yüksəlməkdədir.

Vaginizmin müalicəsi ilə bağlı elmi çalışmalarımız və 100% klinika uğurlarımız ilə bağlı elmi çalışmalarımız:
I.  “Vaginizmin müalicə yolları və hipnoterapiya” (şifahi təqdimat):  20-23 aprel 2005-ci il tarixində Ankara Bilkent Otelində təşkil olunan 4-cü Beynəlxalq Cinsi Sağlamlıq və Ailə Planlaması Konqresində təqdim olunan bu ilk çalışma nəticələrimiz böyük maraq oyandırmışdır.
II.  “Vaginizmin müalicəsində medikal hipnoterapiya” (şifahi təqdimat):  17-24 sentyabr 2005-ci il tarixində Maltada keçirilən “10-cu Avropa Hipnoz Konqresi (ESH)”ndə vaginizmin müalicəsində Hera Klinikası olaraq həyata keçirdiyimiz çalışmalara geniş yer verilmişdir.

III. “Şüurlu hipnoz ilə vaginizmin müalicəsi” (seminar):  2006-cı ilin avqust ayında Meksikada keçirilmiş “Dünya Hipnoz Konqresində” klinikamızda həyata keçirdiyimiz çalışmalar ilə vaginizmin müalicəsində 100% uğur əldə etməmiz seminar şəklində göstərilmiş, konqresdə çox böyük diqqət çəkmiş və bəyənilmişdir.

IV. “Vulvar Vestibulit Sindromu, klinik dəyərləndirmə və müalicə” (e-poster):  14-19 may 2008-ci il tarixində keçirilmiş Türkiyənin ən böyük qadın doğum konqresi konumunda olan və Antalya Su Sesi Deluxe Oteldə keçirilmiş 6-cı Milli Ginekoloji və Obstetrik Konqresində vulvar vestibulit sindromunda tətbiq etdiyimiz cərrahi üsullarımız və 100%-lik müalicə nəticələri təqdim olunmuşdur.

V. “Hera Qadın Sağlamlığı Mərkəzinə vaginizm problemi ilə müraciət edən 315 xəstənin analizi” (e-poster):  Yenə də 14-19 may 2008-ci il tarixində təşkil olunmuş 6-cı Milli Ginekoloji və Obstetrik Konqresində (TJOD) klinikamıza vaginizm problemi ilə müraciət etmiş xəstələrin analizləri və 100%-lik müalicə nəticələrimiz elmi bəyanat olaraq təqdim olunmuşdur.

VI. “460 vaginizm xəstəsinin analizi” (şifahi təqdimat):  18-23 may 2010-cu il tarixində keçirilmiş 8-ci Milli Ginekoloji və Obstetrik Konqresində (TJOD) klinikamıza vaginizm problemi ilə müraciət etmiş xəstələrin analizləri və 100%-lik müalicə nəticələrimiz şifahi prezentasiya şəklində təqdim olunmuşdur.

VII. “Vaginizmli 580 xəstənin partnyorlarında təyin olunmuş cinsi funksiya pozulmaları”  (e-poster):  18-23 may 2010-cu il tarixində keçirilmiş 8-ci Milli Ginekoloji və Obstetrik Konqresində (TJOD) klinikamıza vaginizm problemi ilə müraciət etmiş xəstələrin partnyorlarında müşahidə edilmiş tez boşalma, cinsi istəksizlik və sərtləşmə problemləri ilə bağlı bəyanatımız təqdim olunmuşdur.

Klinikamızda vaginizmin müalicəsi tamamilə elmi üsullara əsaslanır. Vaginizmin müalicəsində tətbiq etdiyimiz davranışçı terapiyalar və rahatlama məşqlərinə əlavə olaraq hipnoterapiyalar nisbətən yeni bir müalicə konsepti olaraq qəbul edilir və olduqca yaxşı nəticələr verməkdədir.

Cinsi əlaqə VACİBDİR.. Niyə?
Aylar ya da illər boyunca evlilik və ya bərabərlikdə tam cinsi əlaqə yaşamaya bilərsiniz. Tam mənada əlaqədə olmayan və davamlı rədd edilən vaginizmli qadınların ərlərində uyğunlaşmaq üçün getdikcə artan passiv xarakter özünü göstərir.
Cinsi sağlamlığınız və əlaqəniz üçün vaginizm probleminin siz və həyat yoldaşınız üçün zərərli olduğunu və bərabərliyinizin problemsiz davam etməsi üçün vəziyyətin ciddiliyini anlamalı və qəbul etməlisiniz.
Vaginizmin səbəb olduğu seksual çətinliklər davamlı gərginlik və müxtəlif duyğulara yol açır. Qadın vaginizmin nəticələrini kəskin şəkildə yaşasa da, kişinin də bu əlaqədə bir sıra çətinliklərlə qarşılaşğıdığını qəbul etmək lazımdır.

Yardım almaq üçün gecikməyin
Problemi elmi müalicə metodları ilə dəqiq və daimi olaraq həyatınızdan çıxartmaq üçün bizə müraciət edin.

Üz-üzə görüşmək və konsultasiya üçün 0850 303 2000 nömrəli telefonumuzdan görüş ala bilər
VƏ YA
+90 (532) 452 06 56 nömrəli cib telefonundan (heç çəkinmədən) Ginekoloq və Cinsi Terapevt Op. Dr. Süleyman ESERDAĞ ile görüşə bilərsiniz
VƏ YA
suleyman@eserdag.com mail ünvanımıza haqqınızda yaza bilərsiniz. Mütləq sizinlə əlaqə saxlanılacaqdır.

Hera Klinik Adresi

İstanbul
Op. Dr. Süleyman Eserdağ- Ginekoloq və Avropa Board Certified Cinsi Terapist
Uz. Dr. Şenay Eserdağ- Avropa Board Certified Cinsi Terapist
Ünvan: Valikonağı Prospekti, No: 52/7 Nişantaşı / İSTANBUL

Ankara
Op. Dr. Süleyman Eserdağ- Ginekoloq və Avropa Board Certified Cinsi Terapist
Op. Dr. Didem Kurban- Ginekoloq və Cinsi Terapist
Ünvan: Tunis cd. No: 48/11 Kavaklıdere / ANKARA