Vaginizm (vaginismus, vajinismus) son illərdə artıq qəti olaraq müalicə olunur !.. Həm də vaginizmin müalicə müddəti əvvəllər olduğu kimi aylarla-illərlə deyil, yalnız bir neçə gün içində başa çatır.
Qadında cini əlaqənin olduğu anatomik nahiyəyə “vagina” deyilir. Vaginizm isə cinsi əlaqə zamanı qadının vagina əzələlərini (xüsusilə də “Pubococcygeus (PC) əzələlərini“) qeyri-iradi olaraq yığması nəticəsində cinsi əlaqənin olmaması və ya çox çətin olması halıdır.

Yalnız deyilsiniz !..

Vaginizm bütün dünyada qadın doğum mütəxəssisləri və ruh sağlığı bilimcilerinin tez-tez qarşılaşdığı cinsi problemdir. Türkiyədə orta hesabla hər 10 qadından 1-i partnyoru ilə əlaqədə problemlə qarşılaşır.

Qeyri-iradi vagina yığılmaları necə baş verir?
Vaginizm xəstələrində yığılmalar sadəcə vagina girişində deyil, eyni zamanda qarın, bel, kürək, ayaq kimi bədənin digər nahiyələrində də müşahidə olunur. Beləliklə bu qadınlarda gün ərzində vücudda geniş şəkildə əzələ ağrıları baş verir. Əzələ ağrılarının geniş yayılması vaginizm xəstəliyinin şiddətli olduğunu göstərir.
Bəzi xəstələrdə isə yığılmalar bütün vücudda deyil, yalnız vaginada olub cinsi əlaqəyə yol vermir. Hətta bu vagina yığılmalarının çoxu xəstə tərəfindən deyil, qadının partnyoru tərəfindən hiss edilir. Cinsi əlaqədə vagina yığılmaları ilə qarşılaşan partnyorlar bu halı “vagina girişini bağlayan bir divar” kimi görürlər.

Vücudda geniş şəkildə və ya vaginada müşahidə edilən bütün bu yığılmaların maraqlı xüsusiyyəti tamamilə qadının nəzarəti xaricində olmasıdır. Vaginanın girişindəki əzələlər ilə bərabər bütün vücuddakı bu yığılmalar narahatlıq, qorxu və demək olar ki “panik ataka bənzər” bir vəziyyət yaradır. Sonunda qadın əlaqəni rədd edərək ayaqlarını sıxır, partyorunu itələyərək əlaqəni kəsir.