Vaginizm xəstələri ən yaxınlarına belə demədikləri bu məhrəm məsələlərdə özlərini tam çarəsiz, talesiz hiss edirlər. Bu işin öhdəsindən gələ bilməmək də bir tərəfdən ümudsizlik yaradır. Psixologiyaları pozulur, gizli depressiya yaranır.

İş yerində belə diqqətlərini tam olaraq toplaya bilmir, diqqətlərini işə verə bilmirlər. Durmadan bu problemi düşünürlər, vaginizm problemi daim enerjilərini tükəndirir. Çox vaxt işdə belə gərgindirlər.

Bəzi xəstələr isə özlərini hədsiz dərəcədə işlərinə həsr edir və evlərinə getmək belə istəmirlər. Çünki nə qədər yoldaşlarını sevsələr belə, yataq otaqları onlar üçün tam bir kabus olmuşdur. Cinsəllikdən qaçmaq üçün mənsəbə çatan, magistraturadan sonra doktoranturaya başlayanlar da mövcuddur.

Bəzi cütlüklər uzun illər boyunca cinsi əlaqə olmadan məhdud ölçüdə qarşılıqlı cinsi istəklərini təmin edirlər. Ancaq cütlüklərin çoxunda vaxt keçdikcə cinsi arzunun azalmasına bağlı olaraq vaginanın islanmaması, orqazm olmaması kimi problemlər də yaranır, bu səbəbdən vaxt keçdikcə cinsi əlaqə təcrübələri də azalır.
Evlənməzdən əvvəl xəyallarını qurduqları cinsəllik onların ümidlərini boşa çıxarır. İçərilərində “kaş həyatta cinsəllik olmayaydı, çox lazımsızdı” deyə düşənənlər də vardır.

Vaginizmli qadınlar partnyorlarına cinsi tərəfdən qarşılıq vermədikləri üçün daim özlərini, bəzən də qarşı tərəfi günahlandırırlar. Partnyorlarının laqeydliyi, onlara qarşı hədsiz duyğusuzluk, son dərəcə səbirli davranışları belə onları narahat edə bilər.

Vaxtaşırı qəzəblənərək adi şeylərə hirslənə, ətrafdakılar və ya partnyorları ilə mübahisə edə bilərlər. Bəzi qadınlar da partnyorlarını qane etmədikləri üçün paranoya (şübhələnmə) ilə partnyorlarının onlara xəyanət etdiklərini və ya hər an xəyanət edə biləcəklərini düşünə bilərlər.

Kədərlərini həmişə içlərində saxlayırlar. Getdikcə problemləri çığ kimi böyüyür. Digər tərəfdən də bu problemlərin ancaq onlarda olduğunu düşünürlər. Xəstələrin bir çoxu daha əvvəl “vaginizm” sözünü belə eşitməmişdir və ya kifayət qədər məlumata malik deyildir. Öz başlarına gələcəyini də heç vaxt düşünməmişlərdir. Bəzən də “bu bəla hardan gəldi məni tapdı, mənim günahım nəydi” deyib üsyan edirlər.

Sadəcə onlara aid olduğunu düşündükləri bu “qəribə problemlər” üçün müxtəlif yollara əl atırlar. Keyləşdirici-sakitləşdirici dərmanlar qəbul etmək, spirtli içki içərək əlaqəyə girmək, müxtəlif kremlər, əzələ yumşaldıcılar da nəticə vermir.
Daha əvvəllər ömürlərində heç spirtli içki içməyənlər belə əlaqədən əvvəl bir şüşə içkini bitirsə belə, özlərini “cin kimi” hiss edir və təəccüblənirlər.
Diğer tərəfdən, vaginizm xəstələri özlərini hədsiz əzgin və aciz hiss edirlər. Hər kəsin əlaqəyə girə bildiyini, yalnız onların bunu bacarmadıqlarını düşünürlər. Yaşca onlardan çox daha kiçik və zəif qadınların yanlarında uşaq görəndə “hətta bu qadının uşağı var, mən niyə bu qədər acizəm” deyə özlərini günahlandırırlar.

Televiziyada uşaq bezi reklamları da onları kədərləndirir. Onlarla eyni vaxtda evlənən dostlarının hamilə qalması və ya uşaq dünyaya gətirməsi onlara ayrı bir dərd, kədər verir; hətta belə dostları ilə görüşməyi də kəsə bilərlər.

Özlərini “qadın” olaraq hiss etməyənlərin sayı da çoxdur. Bu səbəbdən vaginizm xəstələrinin əksəriyyəti özlərinə lazımınca qulluq etmirlər, geyimlərinə diqqət yetirmirlər, makiyaj etmirlər; çünki özlərini qadın kimi hiss etmirlər.
Xroniki stress altında çox yemək yeyib kökələnlər də, dərddən arıqlayanlar da vardır. Tam əlaqəyə girə bilmədikləri üçün həyat yoldaşlarından utanırlar; hətta boşanmağı təklif edənlər də vardır.

Problem zaman keçdikcə bir çığ kimi böyüyür. Aylar və illər keçdikcə ətrafdakıların “niyə hələ uşaq yoxdur” kimi suallarına qeyri-müəyyən cavablar verirlər: “İndi hələ istəmirik və ya sonsuzluq problemimiz var” kimi cavablar onları üzür. Bir çoxunun bu vəziyyətindən ailələrinin də xəbəri yoxdur.

İnternet səhifələrindəki forumlara girərək özləri ilə eyni vəziyyətdə olan adamlar tapmaları, yazışmaları əslində dərdlərini bir qədər azaldır.

Nəhayət qərara gəlib onlara uyğun bir mərkəzdə müalicəyə başlayırlar. Çünki artıq uşaq istəyirlər. Ancaq yanlış və ya uzun müddətli müalicələr son dərəcə darıxdırıcıdır. Adətən öhdəsindən gələ bilmədikləri çalışmaları yarıda kəsib başqa həll yolları axtarırlar.

Təəssüf ki elmə zidd vaginizm üsullarına ət atıb ümidi boşa çıxanlar, saxta xocalarda tilsim açdıranlar, dua yazdıranlar və cinsi istismara məruz qalanların da sayı olduqca çoxdur.

Müalicə zamanı partnyorlarından yardım almaq çox yaxşıdır. Ancaq belə dəstək olmadığı təqdirdə problem daha da böyüyəcəkdir. Həyat yoldaşlarından “bu problem sənin beyninlə bağlıdır, sənə səndən başqa heç kim kömək edə bilməz” kimi fikirləri də öz mənfi təsirini göstərir.

Bəxti gətirənlər doğru mərkəzlərdə problemlərini professional yardım ilə həll edir və həyata yenidən doğulmuş bir şəkildə dönür, evlilik həyatlarında yeni bir mərhələyə başlayırlar.

Ən sonunda deyilən cümlə isə hər zaman eynidir: ”Özümüzün bu problemin öhdəsindən gəlməyəcəyimiz əvvəldən məlum idi, kaş müalicəyə daha əvvəl başlasaydıq və bu qədər təxirə salmaysaydıq…”